"Morgan Stanley": 2016-cı ildə Brent neftinin qiyməti 42 dollaradək arta bilər

"Morgan Stanley": 2016-cı ildə Brent neftinin qiyməti 42 dollaradək arta bilər
# 11 yanvar 2016 15:59 (UTC +04:00)

Bakı - APA-Economics. "Morgan Stanley" investisiya bankı 2016-2017-ci illər üzrə neftin qiyməti ilə bağlı proqnozlarına yenidən baxıb.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bankın yeni proqnozuna əsasən, 2016-cı ildə Brent neftinin 1 barreli 41,9 dollar təşkil edəcək. Xatırladaq ki, bundan əvvəlki proqnoz 1 barrelə görə 51,9 dollar olub. Bankın analitiklərin hesab edir ki, 2017-ci ildə Brent markalı neftin 1 barrelinin qiyməti 48,4 dollar (bundan əvvəl proqnoz 56,7 dollar/barrel olub) ətrafında formalaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR