Qubada 2 yaşlı uşaq sirkə turşusundan zəhərlənib

Qubada 2 yaşlı uşaq sirkə turşusundan zəhərlənib
# 27 mart 2016 12:28 (UTC +04:00)

Quba. Vəli Turan-APA. Quba rayonunda sirkə turşusundan zəhərlənmə faktı qeydə alınıb.

APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 2 yaşlı Bakı şəhər sakini Quliyeva Selay Ziya qızı Quba Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Ona sirkə turşusundan zəhərlənmə diaqnozu qoyulub. Valideynlərinin təkidi ilə uşaq Bakı şəhərində yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR