Tayvanda metroda silsilə partlayışlar törədilib, 21 nəfər yaralanıb

Tayvanda metroda silsilə partlayışlar törədilib, 21 nəfər yaralanıb
# 07 iyul 2016 20:23 (UTC +04:00)

Bakı-APA. Tayvanda, Taybe şəhərinin metrosunda qatarda törədilən üç partlayış nəticəsində azı 21 nəfər yaralanıb.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hazırda polis partlayışları törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat aparır.

Məlumata görə, vaqonların birində yanğınla nəticələnən 3 partlayış baş verib. Polislər oturacaqların birində partlayıcı qurğu aşkarlayıblar.

İnsident şahidlərinin sözlərinə görə, partlayışlardan əvvəl vaqona təxminən 40 yaşında kişi daxil olub və əlindəki çantanı qoyaraq, dərhal qatarı tərk edib.

Hadisə yerinə 10 həkim və 10 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın artıq söndürülüb.

Polis hadisəni terror aktı adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR