Almaniyanın nəhəng şirkəti Azərbaycanda nümayəndəlik açıb

Almaniyanın nəhəng şirkəti Azərbaycanda nümayəndəlik açıb
# 16 mart 2016 07:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda Almaniyaya məxsus daha bir şirkət fəaliyyətə başlayır.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Sparkassen Advisory Services” MMC yanvarın 28-də dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 5000 avro təşkil edir.

MMC-nin qanuni təmsilçisi Eduard Schmitdir.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun ev 54, mənzil 17-də yerləşir.

Qeyd edək ki, “Sparkassen Advisory Services” MMC kommersiya fəaliyyəti və idarəetmə sahəsində ixtisaslaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR