"Unibank" poçt işçiləri üçün kampaniyaya start verib

"Unibank" poçt işçiləri üçün kampaniyaya start verib
# 07 oktyabr 2015 09:46 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Unibank” 9 oktyabr poçt işçilərinin peşə bayramı münasibəti ilə kampaniya keçirir.

Bankdan "APA-Economics"ə verilən xəbərə görə, oktyabrın 7-dən 14-dək davam edən kampaniya çərçivəsində poçt sahəsi işçiləri üçün “Albalı plus” kartları pulsuz olacaq.

Kampaniya müddətində poçt əməkdaşları bank filiallarına pulsuz “Albalı plus” kartı və nağd kredit üçün müraciət edə bilər. Hazırda bankda 10 000 manatadək nağd kredit cəmi 1%-lik komissiya ilə rəsmiləşdirilir. Manat kreditləri 36 ayadək müddətə verilir.

“Unibank” hazırda paytaxt və bölgələri əhatə edən 40 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə “Unibank”ın filialları, həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-dək, şənbə günləri isə 10.00-dan 14.00-dək fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook və Twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR