Astarada evə ildırım düşüb

Astarada evə ildırım düşüb
# 04 dekabr 2015 09:46 (UTC +04:00)

Astara. Ağəddin Babayev-APA. Astara rayonunda evə ildırım düşüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə rayonun Şiəkəran kəndində qeydə alınıb. Güclü yağış zamanı çaxan ildırım kənd sakini Zöhrab Məmmədhəsən oğlu Dadaşova məxsus fərdi evin üzərinə düşüb.

Nəticədə evin dam örtüyü, qapı və pəncərələri dağılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR