BP: İlin I yarısında Azərbaycana təmənnasız olaraq 1,3 mlrd. kubmetr səmt qazı vermişik

BP: İlin I yarısında Azərbaycana təmənnasız olaraq 1,3 mlrd. kubmetr səmt qazı vermişik
# 07 sentyabr 2016 11:44 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu ilin birinci yarısında SOCAR vasitəsilə Azərbaycan hökumətinə təmənnasız olaraq 1,31 mlrd. kubmetr həcmində səmt qazı vermişik. "APA-Economics" xəbər verir ki, bunu "BP-Azərbaycan" şirkətinin prezidenti Qordon Birrel deyib.

Onun sözlərinə görə, Xəzər dənizində aparılan seysmik tədqiqatlar da sona çatmaq üzrədir: "Bu seysmik əməliyyatlara 17 gəmi cəlb olunub. Bu 17 gəmi vasitəsilə 200 kvadrat kilometr ərazidə tədqiqat aparılıb. İlin sonuna qədər əldə olunan məlumatların emalı prosesi də başa çatacaq".

Q. Birrel əlavə edib ki, "Şahdəniz-2" layihəsi üzrə aparılan işlərin 77%-i tamamlanıb: "Biz həyata keçirdiyimiz işlərdən çox razıyıq. Bizim həyata keçirdiyimiz əməliyyatlar üçün 15 mlrd. dollar həcmində müqavilələr imzalanıb. Bu günə qədər 10 quyu qazılıb. Tək bizim həyata keçirdiyimiz əməliyyatlara Azərbaycandan 24 min nəfər işçi cəlb olunub. Bu işçilərin 80%-i Azərbaycan vətəndaşlarıdır".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR