Fəzail Ağamalı Neftçalada seçiciləri ilə görüşlər keçirib - FOTOSESSİYA

Fəzail Ağamalı Neftçalada seçiciləri ilə görüşlər keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 27 oktyabr 2015 11:57 (UTC +04:00)

Bakı-APA. Oktyabrın 27-də 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı Neftçala rayonunun Qaraqaşlı, Cəngən, Beşdəli, Şorkənd kəndlərinin seçiciləri ilə görüş keçirib.

Ana Vətən Partiyasının mətbuat xidmətindən APA-ya bildirilib ki, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.


Görüşdə vurğulanıb ki, Fəzail Ağamalı Milli Məclisin deputatı olduğu müddətdə qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.


Kənd ağsaqqallarından Rəhim Həsənov, İlham Əsədli, kənd ziyalısı Şərəbanı Ağalarova çıxış edərək, Cəngən kəndində qaz təminatı, idman meydançasının salınması, yol probleminin həlli, mövcud olan orta məktəblərin təmiri ilə bağlı məsələ qaldırıblar.

Görüş iştirakçıları bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.

Görüşdə iştirak edən Cəngən kənd sakini, 7 yaşlı məktəbli Fəxrəddin Əhmədov da Fəzail Ağamalıya arzu və istəklərini çatdırıb.


Fəzail Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə qələbə əldə edərsə, qaldırılan problemlərin həllinə nail olmaq üçün bütün imkanlarından istifadə edəcəyinə söz verdi.

Görüşdə F.Ağamalının vəkili Xidmət Orucov da iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR