Nazir: “Son 12 ildə Azərbaycanda 3000-dən artıq məktəb tikilib və əsaslı təmir olunub”

Nazir: “Son 12 ildə Azərbaycanda 3000-dən artıq məktəb tikilib və əsaslı təmir olunub”
# 09 oktyabr 2015 14:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin açılış mərasimi keçirilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mərasimdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, son 12 ildə Azərbaycanda 3000-dən artıq ümumtəhsil müəssisəsi tikilib və əsaslı təmir olunub: “Şəmkir şəhərində belə bir təhsil ocağının inşa olunması ölkə prezidentinin təhsil sahəsinə olan yüksək diqqət və qayğısının bariz nümunəsidir. Bu diqqətin sayəsində artıq ölkəmizin bütün rayon və şəhərlərində yeni-yeni məktəb binaları tikilir, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Yeni istifadəyə verilən bu məktəbdə də yüksək keyfiyyətli təhsil almaq üçün bütün şərait nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR