Yunanıstan sahillərində qayığın batması nəticəsində 10 miqrant ölüb

Yunanıstan sahillərində qayığın batması nəticəsində 10 miqrant ölüb
# 23 dekabr 2015 04:23 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın Farmakonisi adası yaxınlığında göyərtəsində miqrantlar olan qayıq qəzaya uğrayıb, nəticədə 5-i uşaq olmaqla 10 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında bir qadın və dörd kişi var. Qayıqda olanlardan daha 13 nəfər xilas olunub. İki nəfər itkin düşmüş hesab edilir. Axtarış-xilasetmə işlərinə 1 helikopter, bir kater və bir neçə özəl gəmi iştirak edir.

Farmakonisi adası Türkiyənin yaxınlığında Egey dənizində yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR