XİN Belçikadakı Azərbaycan vətəndaşlarına terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib

XİN Belçikadakı Azərbaycan vətəndaşlarına terror təhlükəsi ilə əlaqədar xəbərdarlıq edib
# 23 noyabr 2015 10:28 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Belçikada olan vətəndaşlarımıza kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik”.

APA-nın xəbərinə görə, bu xəbərdarlıqla Azərbaycan Xarici İşlər Nazirliyi çıxış edib. XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib ki, Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər: “Hazırda NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR