Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər

Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər
# 22 yanvar 2016 13:02 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Rüfət Səfərovun valideynləri prezident İlham Əliyevə və Mehriban Əliyevaya müraciət ediblər.

APA-nın məlumatına görə, Eldar Sabiroğlu və Tahirə Səfərova müraciətdə bildiriblər ki, Rüfət Səfərovun həbsi ağır olsa da ümidlə yaşayıblar: “Möhtərəm prezident! Şükürlər olsun ki, bu ümidimizi puça çıxarmadınız. Siz gənc bir insanın həyatını dəmir barmaqlıqlar arasında davam etdirməsinin önünü kəsdiniz. Bu günədək yüzlərlə vətəndaşımızı həbsxana divarları arasından xilas edərək onların azadlığa qovuşması üçün göstərmiş olduğunuz böyük humanizmin və bir şəxsiyyət kimi nümayiş etdirdiyiniz rəhmidilliyin yüksək dəyər və qiymətə söykəndiyini etiraf etməyə bilmirik. Sonsuz inamla qeyd etmək istərdik ki, bundan sonra da bu cür xeyrxahlığınız gözləri yolda qalan ata-analarımızı sevindirəcək və ailələrə xoşbəxtlik nəsib edəcəkdir. İnsanın hiss və duyğulardan kənar yaşamasının nə qədər çətin olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu mənada Rüfətin yanına Bakı istintaq təcridxanasına gedərkən qapı ağzında toplaşmış kədər və qussədolu gözlərə baxmaq, pəncərədən boylanan həbsxana “sakinlərinin” həsrətli baxışlarını görmək bir sızıltı kimi içimizi göynətdi. Daxili bir inam bizdə əminlik yaradır ki, Rüfəti azad dünyaya çıxardığınız kimi həmin təcdirxana qarşısında gözü yaşla dolu olan ana və bacılarımıza da bizə bəxş etdiyiniz sevinci onlara da qismət edəcəksiniz.
Bir daha bu sevinci ailəmizə yaşatdığınıza görə Sizə və xanımınız Mehriban Əliyevaya dərin təşəkkur və minnətdarlığımızı bildiririk. Cənab Prezident böyük ürək sahibi olduğunuzu övladımız Rüfətin qismində bir daha göstərdiniz. Çox sağ olun!”

Qeyd edək ki bu gün Binəqədi rayon Məhkəməsində Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi, həbsdə olan Rüfət Səfərovla bağlı verilən vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edərək R. Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR