Türkiyənin xarici ölkələrdəki 32 diplomatı qaçıb

Türkiyənin xarici ölkələrdəki 32 diplomatı qaçıb
# 12 avqust 2016 13:10 (UTC +04:00)

Bakı-APA. Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən ölkədə dövlət çevrilişinə cəhd və Fətulllahçı Terror Təşkilatı (FETO) ilə əlaqədar şübhəli sayılan və geri çağırılan xarici ölkədəki diplomatlardan 32 nəfəri heç bir səbəb göstərmədən geri qayıtmayıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün iranlı həmkarı Cavad Zərif ilə görüşdən sonra keçirilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlayıb.

M. Çavuşoğlu Banqladeşdəki Türkiyə diplomatının Rusiyaya qaçması barədə iddialara da münasibət bildirib. O, Türkiyə Xarici İşlər Nazirliyinin bu iddiadan bu gün xəbər tutduğunu və iddianın araşdırılacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR