"The Wall Street Journal”: ABŞ Suriyada hərbi çevriliş etmək istəyib

"The Wall Street Journal”: ABŞ Suriyada hərbi çevriliş etmək istəyib
# 24 dekabr 2015 08:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “ABŞ prezident administrasiyası bir neçə il Suriya hökumətinin nümayəndələri ilə gizli məsləhətləşmələr apararaq Bəşər Əsədi hakimiyyətdən salmağa kömək edəcək adamlar axtarıb".

APA-nın məlumatına görə, bu barədə “The Wall Street Journal” Amerika və ərəb mənbələrinə istinadən yazıb.

Məqalədə bildirilir ki, ABŞ Suriyada hərbi çevriliş etmək üçün istifadə edə biləcəyi zəif nöqtələr axtarıb, lakin onları tapmaq elə də mümkün olmayıb: “Ölkə idarəçiliyindəki insanlarla əlaqə çox məhdud şəkildə saxlanılıb və xüsusi mövzulara toxunulub. Bəzən yüksək rütbəli məmurlar öz aralarında danışıblar, bəzən isə Bəşər Əsədin əsas müttəfiqləri olan Rusiya və İran vasitəsilə xəbər göndəriblər”.

Qəzet yazır ki, Bəşər Əsəd özü dəfələrlə və müxtəlif vaxtlarda terrorizmlə mübarizə sahəsində ABŞ-la birləşməyin vacib olması barədə məlumat göndərib.

Bildirilir ki, 2012-ci ilin yayında Obama administrasiyasının daxildən çevriliş etmək planı puç olub. Bundan sonra ABŞ üsyançılar dəstəkləməyə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR