Putin və Netanyahu Suriya münaqişəsini və İŞİD-lə mübarizəni müzakirə ediblər

Putin və Netanyahu Suriya münaqişəsini və İŞİD-lə mübarizəni müzakirə ediblər
# 22 dekabr 2015 19:29 (UTC +04:00)

Bakı-APA. Rusiya prezidenti Vladimir Putin və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tərəflər Suriyadakı böhran daxil olmaqla Yaxın Şərq regionundakı vəziyyəti müzakirə ediblər.

Vladimir Putin BMT himayəsi altında Suriya danışıqlarının əhəmiyyətini və İŞİD-lə mübarizənin alternativsizliyini qeyd edib”, deyə məlumatda qeyd olunub.

Putin və Netanyahu müxtəlif səviyyələrdə aktiv dialoqun davam etdirilməsinə və terrorla mübarizə istiqamətində addımların əlaqələndirilməsinə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR