Milli Məclis yanında Toponimiya komissiyası formalaşdırılıb

Milli Məclis yanında Toponimiya komissiyası formalaşdırılıb
# 01 dekabr 2015 09:49 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün V çağırış Milli Məclis yanında Toponimiya komissiyasına üzvlər seçilib.


APA-nın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun Xəritəçəkmə və coğrafi adlar şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasova, Milli Məclisin deputatı Nizami Cəfərov, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli, AMEA Nizami adına Ədəbiyyat Muzeyinin direktoru, Milli Məclisin deputatı Rafael Hüseynov, Milli Məclisin deputatı Fəzail İbrahimli, Milli Məclisin Aparat rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri İdrak Qarayev, Milli Məclisin deputatı Musa Quliyev, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin üzvü Yaqub Mahmudov, AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, AMEA Dilçilik İnstitutunun Onomastika şöbəsinin müdiri Qara Məşədiyev, AMEA vitse-prezidenti, Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı Milli Məclis yanında Toponimiya komissiyasının üzvləri seçiliblər.

Komissiyanın işinin təşkili Milli Məclis Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR