Azərbaycan prezidenti beynəlxalq sazişləri təsdiqləyib

Azərbaycan prezidenti beynəlxalq sazişləri təsdiqləyib
# 02 iyun 2016 14:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə qanun imzalayıb.

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” 2016-cı il martın 14-də Pekin şəhərində imzalanıb.

Dövlət başçısının imzaladığı digər sənəd “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanundur. Sözügedən saziş 2016-cı il martın 8-də Bakı şəhərində imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR