İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək

İngilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək
# 01 dekabr 2015 07:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 5 və 12 dekabr tarixlərində GRBS Tədris Mərkəzində ingilis dilindən IELTS proqramı üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək. Bu barədə APA-ya AMEA-dan məlumat verilib.

Məlumatda bildirilib ki, ixtisas fənnindən və fəlsəfədən müsbət qiymət almış iddiaçılar təcili olaraq Qeydiyyat Formasını (Aplication Form) elektron qaydada və ya kağız üzərində doldurub şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə GRBS Tədris Mərkəzinin [email protected] elektron ünvanına göndərməli və ya GRBS Tədris Mərkəzinə şəxsən təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR