Bakı və Abşeronda qrunt sularının səviyyəsinin qalxmasının səbəbləri açıqlanıb

Bakı və Abşeronda qrunt sularının səviyyəsinin qalxmasının səbəbləri açıqlanıb
# 11 mart 2016 08:41 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Son günlər Bakı və Abşeron yarımadasında qrunt sularının səviyyəsinin qalxmasının səbəbləri açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya açıqlamasında deyib ki, dəniz suyunun qalxması və atmosfer çöküntülərinin təsirindən bəzi Bakı kəndlərində qrunt sularının səviyyəsinin qalxması müşahidə olunur.

Baş geoloq bildirib ki, qrunt sularının səviyyəsinin qalxması mövsümi xarakter daşıyır: “Yaz-yaz aylarında qrunt sularının səviyyəsi azalacaq”.

Ə. Piriyev qeyd edib ki, qrunt sularının səviyyəsi daha çox Maştağa və Bilgəhdə qalxıb.

Qeyd edək ki, ötən ay Binəqədi rayonu I mədən yaşayış sahəsində, Qala qəsəbəsində dəmiryol stansiyasının yaxınlığında, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsindəki Savalan massivində, habelə Ramana qəsəbəsinin Şuşa şəhərciyində qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədar olaraq su basma prosesi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR