Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb.
APA-nın şimal bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Tikanoba kəndində qeydə alınıb.
Kənd sakini Ağayev Ağası Buxsay oğluna (vəfat edib) məxsus ikimərtəbəli yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb və xəsarət alan yoxdur.
Yanğının səbəbləri araşdırılır.