"Eurovision-2017"də 43 ölkə iştirak edəcək

"Eurovision-2017"də 43 ölkə iştirak edəcək
# 31 oktyabr 2016 11:26 (UTC +04:00)

“Eurovision-2017” Mahnı Müsabiqəsinə iştirak edəcək ölkələrin sayı açıqlanıb.

APA-nın mahnı yarışmasının rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqəyə ümumilikdə 43 ölkə qatılacaq. Bu il Rumıniya və Portuqaliyanın da adı siyahıya əlavə olunub. 62-ci dəfə baş tutacaq müsabiqə Ukraynanın paytaxı Kiyevdə keçiriləcək. Yarışmanın keçiriləcəyi Beynəlxalq Sərgi Mərkəzi 11 min tamaşaçı tutumuna malikdir. Biletlər haqqında məlumat yaxın aylarda açıqlanacaq.

Yarışmada Azərbaycan təmsilçisi də iştirak edəcək. Türkiyə isə ötən il olduğu kimi bu il də müsabiqəyə qatılmayacaq.

Qeyd edək ki, “Eurovision – 2016” mahnı yarışmasının qalibi ukraynalı Jamala olub. Müsabiqə növbəti ilin may ayında keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR