Kiyevdə baş verən partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb - YENİLƏNİB

Kiyevdə baş verən partlayışda 1 nəfər ölüb, 4 nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 25 oktyabr 2017 23:48 (UTC +04:00)

Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, “Radikal” partiyasının üzvü İqor Mosiyçukun mühafizəçisi ölüb.

APA-nın xəbərinə görə, bu barədə partiyanın lideri Oleq Lyaşko özünün “Feysbuk” səhifəsində yazıb.

“112 Ukrayna” telekanalının xəbərinə görə, hadisə zamanı İqor Mosiyçukdan başqa daha 3 nəfər yaralanıb. Hazırda yaralıların şəxsiyyəti müəyyənləşdirilir.

Törədilmiş partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

00:36

Kiyevdə baş verən partlayış nəticəsində Ali Radanın deputatı, “Radikal” partiyasının təmsilçisi İqor Mosiyçuk yaralanıb.

APA-nın məlumatına görə, bu barədə “112 Ukrayna” telekanalına deputatın mətbuat katibi Anna Senik bildirib.

Onun sözlərinə görə, İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında avtomobil partlayıb. Hadisə nəticəsində yaralanan deputat xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR