Son 7 ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarı 17 % azalıb

Son 7 ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarı 17 % azalıb
# 06 aprel 2018 13:22 (UTC +04:00)

"SOCAR son 15 il ərzində ölkəmizdə daha geniş vüsət tapan ekoloji hərəkatın ön sıralarında Bakıda və neft hasil olunan bölgələrdə ətraf mühitin durmadan yaxşılaşdırılması və atmosferə atılan çirkləndirici maddələrin və istilik effekti yaradan qazların azaldılması məqsədilə bir çox layihələr həyata keçirib".

APA-Economics”in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə SOCAR ilə BP şirkətləri arasında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda keçirilmiş “Məşəldə yandırılan səmt qazı həcminin azaldılması” layihəsini misal gətirmək olar: “Yalnız bu layihənin nəticəsində ildə təqribən 150 milyon kubmetrə yaxın səmt qazının atmosferə atılmasının qarşısı alınıb. Ümumilikdə, görülən işlər nəticəsində son 7 ildə SOCAR üzrə çirkləndirici maddələrin miqdarında 16,7 faiz, istilik effekti yaradan qazların miqdarında isə 45 faiz azalma müşahidə olunub”.

R. Abdullayev bildirib ki, 2006-cı ildən başlayaraq bu günə qədər SOCAR əməkdaşları Azərbaycanda daha əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 1900 ha-dan artıq torpaq sahəsini rekultivasiya edərək bərpa edib, həmin sahələrdə 700 mindən artıq müxtəlif ağac və kol bitkiləri əkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR