Çində 21 fəhlənin öldüyü mədənin sahibi həbs olunub

Çində 21 fəhlənin öldüyü mədənin sahibi həbs olunub
# 03 dekabr 2016 04:14 (UTC +04:00)

Çinin Sitayxe şəhərində 21 fəhlənin öldüyü mədənin sahibi həbs olunub.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insidentdən sonra aparılan istintaq tədbirləri çərçivəsində mədənin sahibi və üç meneceri tutulub.

Çin hökuməti kömür mədənində baş vermiş qəza nəticəsində 21 nəfərin öldüyünü təsdiqləyib. Daha bir nəfər itkin düşmüş hesab olunur.

İnsident noyabrın 30-da baş verib. Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR