“Caspian Energy” jurnalının növbəti nömrəsi işıq üzü görüb

“Caspian Energy” jurnalının növbəti nömrəsi işıq üzü görüb
# 02 iyun 2015 13:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Caspian Energy jurnalının neft-qaz və energetika sahələri də daxil olmaqla iqtisadi inkişafın əsas aspektlərinə, həmçinin alternativ energetikanın inkişaf perspektivlərinə və ekologiya məsələlərinə həsr olunan növbəti nömrəsi işıq üzü görüb.

APA-Economics” xəbər veri ki, jurnalın yeni nömrəsinin dərci “Caspian Energy İnternational Media Group”un baş informasiya partnyoru olduğu “22-ci Beynəlxalq Caspian Oil & Gas 2015” sərgisi və konfransı ilə eyni vaxta salınıb.

“Caspian Energy” jurnalının sözügedən nömrəsində Monako knyazlığının dövlət naziri Mişel Rojenin, eləcə də Avropa, Xəzər-Qara dənizi regionu, Şimali Amerika dövlətlərinin energetika və iqtisadiyyat nazirlik və qurum rəhbərlərinin eksklüziv müsahibələri dərc olunub.

Jurnalda Aİ və MDB məkanında baş verən əsas hadisələr, Azərbaycan neftinin II Dünya müharibəsində rolu, enerji marşrutlarının inkişaf imkanları öz əksini tapıb.

Jurnalın təqdimatı bu gün “22-ci Beynəlxalq Caspian Oil & Gas 2015” sərgisi çərçivəsində keçirilib. Sərginin açılış mərasimində “Caspian Energy” jurnalının yeni nömrəsi prezident İlham Əliyevə təqdim edilib.

Jurnalda həmçinin “Caspian Oil & Gas” sərgi və konfransına aid materiallar, Monako knyazlığının maliyyə və iqtisadiyyat naziri Jana Kastellini, Monako knyazlığının mülki inşaat, ətraf mühitin mühafizəsi və şəhər quruculuğu üzrə naziri Mari-Pyer Qramaqlia, Qazaxıstanın energetika naziri Vladimir Şkolnik, Kanadanın təbii ehtiyatlar naziri Qreq Rikford və Albaniyanın energetika və sənaye naziri Damian Qjiknurinin müsahibəsi yer alıb.

“Caspian Energy” dünyanın 50 ölkəsində yayılır. 15 il ərzində jurnalda MDB və Aİ ölkələrinin prezident və baş nazirlərin, eyni zamanda nüfuzlu beynəlxalq təşkilatların, iri transmilli şirkətlərin rəhbərlərinin müsahibələri və aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur.

“Caspian Energy” jurnalının 2014-2015-ci illərdə dərc olunan əvvəlki nömrələrində Latviyanın baş naziri Laymdot Strauyum, Qırğızıstanın baş naziri Coomart Otorbayev, Gürcüstanın baş naziri İrakli Qaribaşvili, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo, Litvanın baş naziri Alqidras Butkyaviçyus, Türkiyənın prezidenti Rəcəb Tayyib Ərdoğan, Xorvatiya prezidenti İvo Yosipoviç, Çex Respublikasının prezidenti Miloş Zeman, İsveçrənin prezidenti Didye Burkxalter, Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, və Bolqarıstanın baş naziri Plamen Oreşarskinin müsahibələri dərc olunub.

Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR