Sabirabad və Salyanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb

Sabirabad və Salyanda külli miqdarda narkotik dövriyyədən çıxarılıb
# 14 may 2018 12:25 (UTC +04:00)

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ötən gün keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şıxlar kənd sakini, əvvəllər məhkum olunmuş Mürvət Rzayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 4 qram heroin aşkarlanaraq götürülüb.

Əməliyyatın davamı olaraq M.Rzayevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqram 250 qram marixuana aşkarlanaraq götürülüb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elbrus Tağıyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, habelə yaşadığı evdən çəkisi 3 kiloqram 256 qram tiryək aşkar edilib.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR