“Dəniz kuboku - 2017”də hədəflərə artilleriya atışları yerinə yetiriləcək

“Dəniz kuboku - 2017”də hədəflərə artilleriya atışları yerinə yetiriləcək
# 02 avqust 2017 09:30 (UTC +04:00)

“Dəniz kuboku - 2017” müsabiqəsində Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmiləri dəniz hədəflərinə artilleriya atışları yerinə yetirmək üçün Xəzər dənizinə çıxıblar. Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, müsabiqənin bu epizodunda Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.

Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR