Ötən il ərzində Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında 24 662 şəxs olub.
Bu barədə Probasiya Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, 2021-ci il ərzində Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında ictimai işlər cəzasına məhkum edilmiş 322 şəxs, islah işləri cəzasına məhkum edilmiş 3377 şəxs olub.
Eyni zamanda bildirilib ki, ötən il Probasiya Xidmətinin yerli qurumlarının qeydiyyatında olan 4858 məhkuma elektron nəzarət vasitəsi tətbiq edilib.