Avropa İttifaqı ilə Avropa Şurası jurnalistlər, ədliyyə və inzibati orqan işçiləri üçün layihələr həyata keçirəcək

Avropa İttifaqı ilə Avropa Şurası jurnalistlər, ədliyyə və inzibati orqan işçiləri üçün layihələr həyata keçirəcək
# 13 oktyabr 2016 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Avropa İttifaqı ilə Avropa Şurasının jurnalistlər, ədliyyə işçiləri, inzibati orqan işçiləri və peşəkar hüquqşünaslar üçün layihələrinin orta müddətli hesabatının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə tədbirdə çıxış edən Avropa Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Filipoviç bildirib ki, 2015-2017-ci illərdə proqram əməkdaşlığı çərçivəsində həyata keçirilən 4 layihənin ümumi dəyəri 4,7 milyon avrodur. O qeyd edib ki, layihələrin məqsədi media və fikir azadlığının təşviqi, inzibati orqanlarda rüşvətxorluqla mübarizə, Ədliyyə Akademiyasının imkanlarının artırılması, hakimlərə təlimin verilməsidir: "Vətəndaş cəmiyyəti inkişaf etmədən ölkədə ümumi inkişaf çətinləşir. Biz layihələri ölkənin ehtiyaclarına uyğunlaşdırılmış şəkildə aparmışıq”.


Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard Aİ ilə Azərbaycanın bütün sahələrdə ambisiyalı əməkdaşlığının mövcud olduğunu söyləyib. Onun sözlərinə görə, Aİ 25 ildir Azərbaycanda fəaliyyət göstərir və ölkədə həyata keçirdiyi layihələrin ümumi həcmi 4.6 milyon avrodur: “Biz Azərbaycanla bərabər şəkildə əməkdaşlıq etməyə hazırıq. Planlaşdırdığımız layihələr var və hər iki tərəf bu məsələyə iddialı yanaşır”.

Daha sonra çıxış edən Aİ-nin Şərq qonşuluğu üzrə regional proqramlar bölməsinin rəhbəri Vassilis Maraqos Azərbaycanla Aİ-nin artıq əməkdaşlığın yeni formatına başlamaq niyyətində olduğunu vurğulayıb. O, ümid etdiyini bildirib ki, bununla bağlı mandat tezliklə veriləcək: “Azərbaycanda reallaşdırılan layihələrin konkret nəticə verəcəyinə ümid edirik. Biz bu layihələrin uğurlu olacağını gözləyirik”.

Proqram əməkdaşlığı çərçivəsində milli əlaqələndirici Aqil Günəşov proqramın ölkə üçün vacib sahələri əhatə etdiyini deyib. Proqram üzrə AŞ-nin əlaqələndiricisi Arkadi Sıtin isə layihə barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR