"Təmiz Şəhər"in əməkdaşları məktəblilərə ustad dərsi keçib - FOTO

"Təmiz Şəhər"in əməkdaşları məktəblilərə ustad dərsi keçib - FOTO
# 27 yanvar 2020 13:49 (UTC +04:00)

“Təmiz Şəhər” ASC və “KidsArt” uşaq studiyası Bakıda “Tullantıdan sənətə” ustad dərsi təşkil edib.

ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şagirdlərə tullantıların səmərəli istifadəsi və idarə olunması haqqında məlumat verən “Təmiz Şəhər” ASC əməkdaşları məktəblilərə lazımsız əşyalardan müxtəlif fiqurlar düzəltməyi öyrədiblər.

“Təmiz Şəhər” ASC tərəfindən mütəmadi olaraq keçirilən ustad dərslərinin məqsədi uşaqlarda təbiətin qorunması, tullantıların idarə olunması vərdişlərinin formalaşdırılması, tullantıların faydalı ola biləcəyinin aşılanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR