Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Qazaxda vətəndaşları qəbul edəcək
# 03 avqust 2015 06:52 (UTC +04:00)

Bakı - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov avqustun 13-də Xidmətin Qazax rayon şöbəsinin inzibati binasında Şəmkir, Gədəbəy, Tovuz, Qazax və Ağstafa rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Xidmətdən APA-ya verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşların avqustun 12-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR