Azərbaycan xarici işlər naziri Belarus səfirini qəbul edib

Azərbaycan xarici işlər naziri Belarus səfirini qəbul edib
# 29 iyul 2015 14:51 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviçi diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə qəbul edib.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafında hər iki ölkənin liderlərinin xüsusi rolu qeyd olunub, Azərbaycan və Belarus xalqlarının iradəsi əsasında iki ölkə arasında əməkdaşlığın siyasi, iqtisadi, enerji, kənd-təsərrüfatı, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Səfir N. Patskeviç son 10 ildə Azərbaycanda yüksək inkişafın şahidi olduğunu bildirərək, Birinci Avropa Oyunlarının mükəmməl səviyyədə təşkil edildiyini bildirib. N. Patskeviç həmçinin diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

E. Məmmədyarov isə Azərbaycanla Belarus arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrə görə səfir N. Patskeviçə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR