Pompeo Kim Çen Innın Trampa göndərdiyi məktubdan danışıb

Pompeo Kim Çen Innın Trampa göndərdiyi məktubdan danışıb
# 01 iyun 2018 03:57 (UTC +04:00)

KXDR-in nümayəndə heyəti ABŞ prezidenti Donald Trampa ölkələrinin lideri Kim Çen Innın məktubunu təqdim etmək niyyətindədir.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.

“Sədr müavini Kim Yon Çxol Kim Çen Inın şəxsən yazdığı məktubu prezident Donald Trampa təqdim etmək üçün Vaşinqtona səfər edəcək”, - deyə Pompeo bildirib.

Pompeo iyunun 12-nə planlaşdırılmış ABŞ-KXDR danışıqlarını sülh və rifah üçün tarixi imkan adlandırıb: “Bu imkan əldən buraxılsa faciə olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR