"AccessBank" nizamnamə kapitalını 140 mln. manata çatdırıb

"AccessBank" nizamnamə kapitalını 140 mln. manata çatdırıb
# 04 oktyabr 2017 09:24 (UTC +04:00)

"AccessBank"ın səhmdarları tərəfindən 20 mln. manat məbləğində 4,8 mln. yeni səhmlərin əldə edilməsi nəticəsində bankın nizamnamə kapitalı 140 mln. manatadək artırılıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, səhmlərin emissiyası və qeydiyyatı 30 sentyabr 2017-ci il tarixində başa çatıb.

"Kapitalın ikinci dəfə artırılması bir daha səhmdarlarımızın bankın kapital mövqeyinin davamlı şəkildə gücləndirilməsi niyyətini nümayiş etdirir. Bu, bizə müştərilərimizin maliyyə ehtiyaclarını maksimum dərəcədə qarşılamaq və mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı təşkilat kimi mövqeyimizi daha da möhkəmləndirməyə şərait yaradacaq", - deyə bankın İdarə Heyətinin sədri Rolf Rayhardt (Rolf Reichardt) bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR