"Rosali Sambar" Azərbaycandakı rəqabətə tab gətirməyərək bazarı tərk edib

"Rosali Sambar" Azərbaycandakı rəqabətə tab gətirməyərək bazarı tərk edib
# 03 aprel 2017 14:14 (UTC +04:00)

Belçika xammalı əsasında fəaliyyət göstərən Gürcüstanın şokolad istehsalçısı "Rosali Sambar" şirkəti Azərbaycanda rəqabətə davam gətirə bilməyib. "APA-Economics" "Georgia Online" agentliyinə istinadən xəbər verir ki, bunu şirkətin meneceri Papuna Dzadzamidze bildirib.

"Son zamanlar biz öz məhsullarımızı Azərbaycana ixrac etməyə başlamışdıq. Ancaq yüksək rəqabət və bizim məhsullara tələbatın olmaması səbəbindən biz bu bazardan getməli olduq", - deyə şirkət rəsmisi bildirib.

O həmçinin Gürcüstanda şokolad biznesinin qeyri-rentabelli olmasından da gileylənib: "Çünki ölkədə şokolad daimi istifadə olunan məhsul deyil. Bunun üçün də ölkədə bu növ biznesi inkişaf etdirmək çox çətindir. Ancaq Avropada bu biznes daim inkişafdadır".

Menecerin sözlərinə görə, şirkətin satışlarına milli valyutanın devalvasiyası da mənfi təsir edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR