“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi müzakirə edilib
# 05 aprel 2017 13:19 (UTC +04:00)

Milli Məclisinin Mədəniyyət komitəsinin iclasında “Kabel şəbəkəsi yayımı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, layihə barədə komitə sədri Rafael Hüseynov məlumat verib.


Müzakirə zamanı Azərbaycanda 17 kabel şəbəkəsinin fəaliyyət göstərdiyini deyən R. Hüseynov qeyd edib ki, bu sahədə sui-istifadə halları var: "Bu da məsələnin tənzimlənməsini zəruri edir. Bir müddət əvvəl xarici kanalların yerli tezliklərdə yayımlanması dayandırıldıqdan sonra kabel şəbəkəsinin imkanları bir qədər artıb".


R. Hüseynov bildirib ki, layihə 17 maddədən ibarət olsa da, kabel şəbəkəsi yayımı ilə bağlı ortaya çıxan bütün məsələləri əhatə edir: “Kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaq qanun layihəsinin 1-ci, ondan istifadə edənlərin marağının təmin edilməsi 2-ci məqsəddir. Bu yayım üçün əlverişli mühit yaratmaq da məqsədlərdən biridir. Bu qanunda sahibkarların, abonentlərin marağını nəzərə almaqla yanaşı, dövlətin və millətimizin marağı da nəzərə alınıb”.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR