Azərbaycanın I vitse-prezidenti Ramanada məcburi köçkün ailələri üçün inşa edilən bina ilə tanış olub

Azərbaycanın I vitse-prezidenti Ramanada məcburi köçkün ailələri üçün inşa edilən bina ilə tanış olub
# 05 oktyabr 2017 17:26 (UTC +04:00)

Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub.

APA-nın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bina barədə M. Əliyevaya məlumat verib.

Bildirilib ki, bina “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib. Tikinti işlərinə bu ilin mart ayında başlanılıb. Beşmərtəbəli binada beş birotaqlı, iyirmi ikiotaqlı, iyirmi üçotaqlı və beş dördotaqlı mənzil var.

Ramana qəsəbəsindəki binada yaradılan şəraitdən məmnunluğunu ifadə edən M. Əliyevaya məlumat verilib ki, buraya Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR