MM-də deputatlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndiriblər

MM-də deputatlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasını yüksək qiymətləndiriblər
# 07 mart 2017 10:30 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasına münasibət bildiriblər.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib ki, M. Əliyevanın birinci vitse-prezident seçilməsini cəmiyyətin sosial sifarişidir.

O qeyd edib ki, bu təyinat eyni zamanda Yaxın Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququ verən Azərbaycan dövlətinin müasir demokratiyasının təcəssümüdür. S. Novruzov onu da bildirib ki, bu təyinat YAP üçün ikiqat sevinclidir: “Çünki 2013-cü ildə Mehriban Əliyevanın hakim partiyanın sədr müavini seçilməsi YAP-ın fəaliyyətinə yeni impuls verib”.

Vitse-spiker Bahar Muradova isə deyib ki, Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması Azərbaycan xalqının rifahına xidmət edir: “Biz da daim onun yanındayıq”.

Deputatlar Azay Quliyev, Rauf Əliyev, Sahibə Qafarova və digərləri Mehriban Əliyevanı təbrik edərək, təyinatı təqdir ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR