Ağstafa şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin təmirinə 3 milyon manat ayrılıb

Ağstafa şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin təmirinə 3 milyon manat ayrılıb
# 21 oktyabr 2016 16:07 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Ağstafa şəhərində 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağstafa Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR