Biləsuvarda 32 yaşlı kişi intihar edib

Biləsuvarda 32 yaşlı kişi intihar edib
# 02 yanvar 2017 19:26 (UTC +04:00)

Biləsuvarda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Biləsuvar rayonun Əsgərəbad kəndində qeydə alınıb.

Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. E.Nəciyevin özünü öldürməsi səbəbləri məlum deyil.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR