Göygöl rayonunda evdən meyt tapılıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Rövşən Nəsirov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1952-ci il təvəllüdlü Nürəddinov Qəhrəman Əbülfəz oğlunun meyiti yaşadığı evdə aşkarlanıb. Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.
Faktla bağlı Göygöl rayon Prokuroluğunda araşdırma aparılır.