Yapon dənizində Rusiyaya məxsus balıqçı gəmisi qayıqla toqquşub, ölən var

Yapon dənizində Rusiyaya məxsus balıqçı gəmisi qayıqla toqquşub, ölən var
# 28 may 2018 03:28 (UTC +04:00)

Yapon dənizində Rusiyaya məxsus “Sanshiro Maru” gəmisi motor qayığı ilə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Velikaya Kema qəsəbəsi yaxınlığında qeydə alınıb.

Nəticədə qayıqda olan üç nəfərdən biri ölüb. İlkin ehtimala görə, hadisəyə hava şəraitinin əlverişsiz olması səbəb olub. İnsidentin digər təfərrüatları hələ ki, məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR