Azərbaycan XİN rəhbəri: "Fransa Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdır"

Azərbaycan XİN rəhbəri: "Fransa Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdır"
# 09 fevral 2017 12:42 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Fransa baş naziri yanında dövlət islahatları və asanlaşdırma məsələləri üzrə dövlət katibi Jean-Vinsent Plasenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Fransa münasibətlərinin hazırkı səviyyəsi və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair fikir mübadiləsi aparılıb.

J. Plase Azərbaycana ilk səfər etməsindən məmnunluğunu ifadə edərək, səfərinin məqsədinin Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində Azərbaycanda uğurla həyata keçirilən elektron hökumət və əhaliyə operativ, şəffaf xidmət göstərilməsi sistemi ilə tanış olmaq olduğunu bildirib. O, bu məqsədlə Azərbaycanda bir sıra dövlət qurumlarında görüşlər keçirdiyini diqqətə çatdırıb.

E. Məmmədyarov isə Açıq Hökumət Tərəfdaşlığı çərçivəsində elektron hökumətin təkmilləşdirilməsi, əhaliyə xidmət sahəsində şəffaflığın artırılması üzrə ölkəmizdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. O, bu çərçivədə Azərbaycanda yaradılmış “ASAN Xidmət” modelinin səmərəli fəaliyyətindən söz açaraq, bir çox ölkələr tərəfindən bu modelə xüsusi maraq göstərildiyini vurğulayıb.

Görüşdə iki ölkə arasında bütün sahələrdə, xüsusilə iqtisadiyyat, enerji, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini önə çəkilib, Fransa şirkətlərinin, xüsusilə “Total” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd edilib, Bakıda yenicə açılmış Fransız-Azərbaycan Universitetinin iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyətə dair həmsöhbətinə məlumat verib. O, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi münaqişənin həllində öz səylərini artırmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR