Türkiyədə jandarma rəisinin ölümündə şübhəli bilinən 14 nəfər saxlanılıb

Türkiyədə jandarma rəisinin ölümündə şübhəli bilinən 14 nəfər saxlanılıb
# 28 iyul 2015 11:20 (UTC +04:00)

APA-nın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, şahidlərin verdiyi ifadələr əsasında Malazgirtdə daha 4 nəfər şübhəli polis idarəsinə aparılıb.

Malazgirtdə PKK tərəfindən öldürülən mayor A. Kulaksızın qatillərini tapmaq üçün silsilə əməliyyatlar keçirilir.

Qeyd edək ki, mayor A. Kulaksız və həyat yoldaşı Sibel Kulaksızın olduğu avtomobilə iyulun 27-də silahlı hücum olub. Hücum nəticəsində ağır xəsarət alan A. Kulaksız həyatını itirib. Qolundan yaralanan S. Kulaksız isə müalicəsini davam etdirir.

Hadisə il bağlı araşdırma davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR