Şəkidə 3 otaqlı evdə yanğın baş verib

Şəkidə 3 otaqlı evdə yanğın baş verib
# 02 fevral 2017 21:47 (UTC +04:00)

Şəkidə yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, yanğın rayonun Baş Göynük kəndində vətəndaşa məxsus ümumi sahəsi 204 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının döşəməsi 3 m2 sahədə qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR