Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə şəkərli diabetlə mübarizə aksiyası keçirilib

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə şəkərli diabetlə mübarizə aksiyası keçirilib
# 15 noyabr 2017 13:14 (UTC +04:00)

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əlyevanın təşəbbüsü ilə şəkərli diabetlə mübarizə aksiyası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, aksiya V. Vasilenko adına Daxili Xəstəliklər Klinikasında baş tutub.

AMOR nümayəndələri, İ. M. Seçenov adına Moskva Birinci Tibb Universitetinin tələbələri klinikanın uşaq endokrinoloji şobəsinin müdiri Alisa Vitebskaya ilə birlikdə azyaşlı xəstələrə şəkərli diabetə nəzarətin vacibliyini oyun formasında izah ediblər.

Tədbirin sonunda AMOR sədri Leyla Əliyeva adından tibb müəssisəsinə məişət texnikası hədiyyə olunub. Uşaqlara isə müxtəlif hədiyyələr təqdim edilib.

Klinikanın rəhbərliyi AMOR sədri Leyla Əliyevaya, o cümlədən şəkərli diabetlə mübarizə günü aksiyasında fəal iştirak edənlərə təşəkkürünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR