Neftçalada ev yanıb

Neftçalada ev yanıb
# 21 oktyabr 2016 14:22 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Neftçala rayonunda evdə yanğın hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 16 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR