Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 6 qarşılaşma baş tutub.
Mübarizəni davam etdirən yeganə Türkiyə klubu “Başakşəhər” “Kopenhagen”lə qarşılaşıb. Doğma azarkeşlər önündə qələbə qazanmağa çalışan İstanbul klubu rəqibin müqavimətini görüşün sonlarında qırıb. Edin Vişça penalti zərbəsi ilə meydan sahiblərinə qələbə qazandırıb.
“Mançester Yunayted” Avstriyada LASK-la görüşüb. Cütün favoriti olan İngiltərə klubu səfərdə böyükhesablı qələbə qazanıb. Ole-Qunnar Sulşerin yetirmələri bununla da 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.
Almaniya təmsilçisi “Ayntraxt” evdə “Bazel”i qəbul edib. Bu görüşdə də qonaqlar sevinən tərəf olub. İsveçrə təmsilçisi üç cavabsız qolla böyükhesablı qələbə əldə edib.
İngiltərə təmsilçisi “Vulverhempton” Yunanıstan təmsilçisi “Olimpiakos”la görüşüb. Pirey klubu ikinci hissədə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib və bərabərliklə kifayətlənib.
Almaniya “Volfsburq”u evdə Ukrayna “Şaxtyor”unu qonaq edib. Üç qolun vurulduğu matçda qonaqlar minimal fərqlə qələbə qazanıb.
Bundesliqanın digər təmsilçisi “Bayer” Qlazqoda “Reyncers”lə üz-üzə gəlib. Almaniyalılar Şotlandiya klubunu 3:1 hesabı ilə məğlubiyyətə uğratmağı bacarıb.
Qeyd edək ki, 1/8 final mərhələsinin "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) qarşılaşmaları koronavirus epidemiyası üzündən təxirə salınıb. Cavab oyunları martın 19-da keçiriləcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart
21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Vişça, 88 (pen.)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu
21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) -0:5
Qollar: İqalo, 28, Ceyms, 58, Mata, 82, Qrinvud, 90+2, Pereyra, 90+3
Baş hakim: Artur Manuel Ribeyro Soares Dias (Portuqaliya)
Ştadt Lints stadium
21:55. “Ayntraxt” (Almaniya) – “Bazel” (İsveçrə) – 0:3
Qollar: Kampo, 27, Bua, 73, Frey, 85
Baş hakim: Andreas Ekberq (İsveç)
Frankfurt stadium
00:00. “Olimpiakos” (Yunanıstan) – “Vulverhempton” (İngiltərə) – 1:1
Qollar: El Arabi, 54 – Neto, 67
Baş hakim: Klemen Turpin (Fransa)
Pirey. Georgios Karaiskakis stadionu
00:00. “Reyncers” (Şotlandiya) – “Bayer” (Almaniya) – 1:3
Qollar: Edmundson, 75 - Haverts, 37, Aranqiz, 67, Beili, 88
Baş hakim: Şimon Marçinyak (Polşa)
Qlasqo. “Aybroks” stadionu
00:00. “Volfsburq” (Almaniya) – “Şaxtyor” (Ukrayna) – 1:2
Qollar: Bruks, 48 – Moraes, 17, Bahia, 73
Baş hakim: Damir Skomina (Sloveniya)
“Volfsburq Arena”
***
Saat. 23:47
Avropa Liqasında 1/8 final mərhələsinə start verilib.
Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində üç qarşılaşma baş tutub.
Mübarizəni davam etdirən yeganə Türkiyə klubu “Başakşəhər” “Kopenhagen”lə qarşılaşıb. Doğma azarkeşlər önündə qələbə qazanmağa çalışan İstanbul klubu rəqibin müqavimətini görüşün sonlarında qırıb. Edin Vişça penalti zərbəsi ilə meydan sahiblərinə qələbə qazandırıb.
“Mançester Yunayted” Avstriyada LASK-la görüşüb. Cütün favoriti olan İngiltərə klubu səfərdə böyükhesablı qələbə qazanıb. Ole-Qunnar Sulşerin yetirmələri bununla da 1/4 finala vəsiqəni böyük ölçüdə təmin edib.
Almaniya təmsilçisi “Ayntraxt” evdə “Bazel”i qəbul edib. Bu görüşdə də qonaqlar sevinən tərəf olub. İsveçrə təmsilçisi üç cavabsız qolla böyükhesablı qələbə əldə edib.
Qeyd edək ki, bu gün saat 00:00-da 1/8 final mərhələsi çərçivəsində daha üç oyun keçiriləcək. "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) və "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) qarşılaşmaları koronavirus epidemiyası üzündən təxirə salınıb.
Avropa Liqası
1/8 final, ilk oyunlar
12 mart
21:55. “Başakşəhər” (Türkiyə) – “Kopenhagen” (Danimarka) – 1:0
Qol: Vişça, 88 (pen.)
Baş hakim: Uilyam Kollum (Şotlandiya)
İstanbul. Başakşəhər Fatih Terim stadionu
21:55. LASK (Avstriya) – “Mançester Yunayted” (İngiltərə) - 0:5