Yeni koronavirusun (COVID-19) Omicron ştamı Delta ilə müqayisədə insan bronxlarında 70 dəfə daha sürətlə çoxalır, lakin ağ ciyərdə daha az şiddətli infeksiyaya səbəb olur.
APA xəbər verir ki, Honq Konq Universitetinin Tibb Fakültəsi tərəfindən aparılmış tədqiqatın nəticələrinə görə Omicron ştamının yüksək yoluxduruculuq qabiliyyəti də məhz onun bronxları daha tez yoluxdurması və çox sürətlə çoxalması ilə əlaqədardır.
Belə ki, tədqiqatlar Omicron ştamının yeni növ koronavirusun orijinal variantı və daha əvvəlki ştamları ilə müqayisdə daha çox yoluxduruculuq qabiliyyəti olduğunu göstərib.
Tədqiqatın nəticələrinə görə, Omicron ştamı vaksinlərlə, həmçinin daha əvvəl keçirilmiş xəstəlik nəticəsində əldə edilmiş immunitetdən qismən yayına bilir.
Ümumilikdə isə Omicron ştamından qaynaqlanan təhdidin kifayət qədər nəzərə çarpan olduğunu qeyd edilib.