ETSN-ə daxil olan şikayət yerində araşdırılıb

ETSN-ə daxil olan şikayət yerində araşdırılıb
# 11 yanvar 2020 16:49 (UTC +04:00)

Abşeron rayonunun Masazır qəsəbəsində Zəngilandan olan məcburi köçkünlər üçün salınmış yaşayış massivinə yaxın ərazidə məişət tullantılarının qalaqlanması və ətrafa iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan şikayət yerində araşdırılıb.

ETSN-dən APA-ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 2000 m2 sahəyə məişət tullantılarının qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi məlum olub. Ərazinin qısa vaxt ərzində tullantılardan təmizlənməsi, qanunvericiliyə uyğun idarə olunması və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh olan Abşeron rayon, Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyəvə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Hazırda Nazirliyin yerli qurumunun əməkdaşlarının nəzarəti ilə ərazi Masazır bələdiyyəsi tərəfindən tullantılardan təmizlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR